"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 16-cı turu çərçivəsində keçirilən matçda dünən Madriddə "Sevilya" üzərində qazandıqları dramatik qələbəni (4:3) şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Atletico Universe" belə çatdırıb:
"İkinci yarıda onların 3-cü qolu vurması bizi çətin vəziyyətə salsa da, komandam oyundan qopmadı. Sonra ikinci dəfə rəqin qapısına yol tapdıq və bu, bizə özünəinam verdi. Əvəzləmələr isə "Atletiko" üçün impuls oldu. Linonun qolu və Qrizmannın inanılmaz zərbəsi isə triller ab-havası yaratdı. Bu trillerə baxmağa dəyər".
Xatırladaq ki, Qrizmann hesabı 79-cu dəqiqədə 3:3 edən paytaxt təmsilçisinin qələbə qoluna 90+4-cü dəqiqədə imza atıb.
Nihat