Qazaxıstan çempionatının bombardiri İslam Çesnokovla Rusiya elitasının bir neçə klubu maraqlanır.
Fanat.Az xəbər verir ki, bu barədə "Legalbet" məlumat yayıb.
Mənbənin məlumatına görə, qazaxıstanlı 25 yaşlı futbolçunun xidmətində "Akron" və "Axmat" maraqlıdır.
Qeyd edək ki, Çesnokov ötən mövsüm Qazaxıstan çempionatının bombardiri olub. “Tobol”un forvardının ölkə çempionatında keçirdiyi 21 oyunda 10 qol vurub.
"Transfarkt" Çesnokovun transfer dəyərini 800 min avro qiymətləndirir.
Xatırladaq ki, "Akron" hazırda Rusiya çempionatının turnir cədvəlində 9-cu yeri tutur. "Axmat" isə 15-ci pillədədir.
Mirağa