"Milan" müdafiəçisi Kristian Pulişiç zədələnib.
Fanat.Az xəbər verir ki, ABŞ millisinin üzvü A Seriyasının 15-ci turunda “Atalanta”ya qarşı keçirdikləri oyunda (1:2) ayaq əzələsindən xəsarət alıb.
Arxa xətt oyunçusu bu il meydana çıxmayacaq. Kristian gələn ilin yanvarında kollektiv məşqlərə başlayacaq.
Qeyd edək ki, Pulişiç cari mövsüm "Milan" forması ilə bütün turnirlərdə 20 oyuna çıxaraq 8 qol vurub.