"Çelsi"nin yarımmüdafiəçisi Karni Çukvuemeka karyerasını İtaliya nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato" yayıb.
Xəbərə görə, onun xidmətində "Milan" maraqlıdır. Mənbə "qırmızı-qaralar"ın sözügedən oyunçunu sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə icarəyə götürmək istədiklərini vurğulayıb. Milan təmsilçisinin Çukvuemekanı qarşıdakı qış transfer pəncərəsi dönəmində heyətə qatmağı hədəflədiyi bildirilib. Karninin özünün bu keçidə isti yanaşdığı da diqqətə çatdırılıb.
Nihat