Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Cənubi Koreyanın “Tecon Xana Sitizen” klubu ilə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı müdafiəçi daha 3 il - 2027-ci ilin sonuna qədər Cənubi Koreyada top qovacaq.
Krivotsyuk yeni anlaşmaya imza atdıqdan sonra klubun mətbuat xidmətinə açıqlama verib: “Müqavilə müddətini yenilədiyim üçün çox şadam. Ailəmə və hər şeyə görə Allaha təşəkkür edirəm. Növbəti mövsüm liqada ən yaxşı Antonu görəcəksiz”.
Krivotsyuk 2023-cü ilin fevralından Cənubi Koreya təmsilçisində çıxış edir. O, sözügedən komandanın heyətində 55 oyun keçirib və 3 qol, 2 assistlə yadda qalıb.