UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda öz meydanında "İnter"i 1:0 hesabı ilə məğlub edən "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:
"Belə güclü, həqiqətən yüksək səviyyəli rəqiblə oyunda müsbət nəticə qazanmaq çox xoşdur. Biz xarakter nümayiş etdirdik. Önəmli anı gözlədik və ondan maksimum faydalandıq. Mukiele getdikcə daha yaxşı oyunla diqqət çəkir. Gələcəkdə bizə daha çox şey verəcək".
Xatırladaq ki, 6 oyuna 13 xal toplayan Leverkuzen təmsilçisi Çempionlar Liqasının turnir cədvəlində 4-cü pillədə mövqe tutub.
Nihat