"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim qış transfer pəncərəsi dönəmində heyətin yarısından çoxunun satılacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Goal" belə çatdırıb:
"Bizim başqa ölkələrdən olan yaxşı oyunçularımız var. İdeyamızı onlara çatdırmaq üçün bizə vaxt lazımdır. Sonrasına baxacağıq. Qələbələr gəlməsə, oyunçular və məşqçi gedəcək. Biz komanda olaraq mükəmməlləşməliyik. Oyunçuların satılması və alınması barədə düşünməmişdən öncə çox şeyi qaydaya salmalıyıq. Diqqətimizi futbolçuların yaxşılaşdırılmasına yönəltməliyik".
Xatırladaq ki, 15 tura 19 xal toplayan MY İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü pillədə mövqe tutub.
Nihat