"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorimin ilk transferi bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı idman jurnalisti Sezar Luis Merlo yayıb.
Mənbənin iddiasına görə, "qırmızı şeytanlar" sol cinah müdafiəçisi Dieqo Leonun transferi ilə bağlı Paraqvayın "Cerro Porteno" klubu ilə anlaşıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının nəhəngi hazırda qarşı tərəflə "digər detallar"ı müzakirə edir.
Transferin rəsmiləşəcəyi gözlənilir, lakin 17 yaşlı futbolçu qarşıdakı 6 ayı "Serro Porteno"da keçirəcək. Başqa sözlə, gənc oyunçu "Mançester Yunayted"ə yayda qoşulacaq.
Mirağa