Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Olivye Dalloqlio istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, məlumatı Fransa yığmasının rəsmi saytı yayıb.
On oyunluq qələbəsiz seriyaya malik komandanı "silkələmək" üçün “müqəddəslər”in rəhbərliyi belə addım atmağa qərar verib. Liqa 1-in 15-ci turunun səfər matçında "Tuluza"ya məğlubiyyət (1:2) "son damla" olub.
Hazırda 13 xalı olan komanda Fransa çempionatının turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. “Yaşıllar”ın yeni çalışdırıcısı açıqlanana qədər komandanı akademiyanın direktoru Loran Uor məşq etdirdəcək.
Xatırladaq ki, Dalloqlio 2023-cü il dekabrın 12-dən "Sent-Etyen"ə rəhbərlik edib və o, komandanı elit diviziona çıxara bilib.
Mirağa