“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “şəhərlilər”in bu mövsüm titul qazanıb-qazanmayacağı haqda danışıb.
Fanat.Az xəbər verir ki, ispanyalı mütəxəssisin fikirlərini tanınmış insayder Fabritsio Romano belə təqdim edib:
“Üzr istəyirəm, amma ən yaxşısına artıq nail olunub. Biz ən yaxşı idik, amma indi yox. Çünki oyunçularımız yoxdur. Əks halda, biz indi "Liverpul"a yaxın olardıq”.
Xatırladaq ki, “Mançester Siti” son on bir oyunda bir qələbə qazanıb, səkkiz məğlubiyyətlə üzləşib. Pep Qvardiolanın komandası Premyer Liqanın turnir cədvəlində beşinci, Çempionlar Liqasının Liqa mərhələsində isə 22-ci pillədə qərarlaşıb.
Mirağa