İspaniya Kral Futbol Federasiyası "Real Madrid"in vingeri Vinisius Juniorun "Rayo Valyekano" ilə matçda (3:3) azarkeşlərə qarşı etdiyi hərəkətə görə cəzalandıra bilər.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, qurumun İntizam Komitəsi adı açıqlanmayan La Liqa təmsilçilərinin şikayəti səbəbindən məsələni nəzarətə götürüb.
Xatırladaq ki, matç bitəndən sonra paltardəyişmə otağına yollanan braziliyalı "Rayo Valyekano" azarkeşlərinin hədəfinə çevrilib. Ünvanına aqressiv şüarlar səsləndirilən "sambaçı" onlara iki barmağını qaldıraraq jestlə cavab verib və əlavə edib: "Sequndaya!"
Vinisius bu hərəkəti ilə "Rayo Valeykano"nun ikinci liqada oynamağa layiq olduğunu vurğulayıb. İK həm Vinisiusun davranışını, həm də "Rayo Valyekano" azarkeşlərinin ona qarşı şüarlarını araşdıracaq.
Qeyd edək ki, 17 tura 37 xal toplayan "Real" La Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Nihat