"Barselona"nın müdafiəçisi Andreas Kristensenin son durumu bəlli olub.
Fanat.Az xəbər verir ki, danimarkalı futbolçu bu il komandasına kömək edə bilməyəcək.
Məlumatı "Diario Sport" yayıb. Xəbərə görə, əməliyyat olunan, 4 aydır ki, "Axill vətəri"ndəki zədədən əziyyət çəkən müdafiəçinin dönüşü gələn ildən tez baş tutmayacaq. Halbuki, sonuncu dəfə avqustda La Liqada "Valensiya"ya qarşı keçirilən matçda meydana çıxan 28 yaşlı oyunçunun 2 aya sıraya dönəcəyi açıqlanmışdı.
Kristensen 2022-ci ilin yayında "Çelsi"dən "Barselona"ya keçib. O, kataloniyalıların heyətində 75 oyun keçirib və 4 qol vurub.
Mirağa