Fati "Real Madrid"lə anlaşdı

Fati "Real Madrid"lə anlaşdı

İspaniyanın "Leqanes" klubunun müdafiəçisi Lamini Fati "Real Madrid"ə keçməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 

Mənbənin məlumatına görə, tərəflər artıq sövdələşmə ilə bağlı yekun razılığa gəliblər.

Fati "Real Madrid"lə anlaşdı 18 yaşlı futbolçu karyerasına "Real"ın ikinci komandada başlayacaq. Transfer məbləği 120 min avro  qiymətləndirilib. Fatinin "kral klubu" ilə müqaviləsinin müddəti 5 illik olacaq. 

Madrid nəhəngi İspaniya çempionatının turnir cədvəlində üçüncüdür. Karlo Ançelottinin komandası 17 matçda 37 xal toplayıb və birinci yerdə qərarlaşan "Barselona"dan bir xal geri qalırlar. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər