İspaniya La Liqasında ənənəvi "ayın məşqçisi" mükafatının növbəti qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone dekabr ayında La Liqanın ən yaxşısı seçilib.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Madrid klubu dekabrda “Sevilya” (4:3), “Xetafe” (1:0) və “Barselona”ya (2:1) qalib gəlib. Ümumiyyətlə, “Atletiko” oktyabrın 27-dən bəri uduzmur və ili La Liqanın lideri kimi başa vurur.
Simeone bu mövsüm ilk dəfə bu mükafatı alıb. Argentinalı səsvermədə Dieqo Martines (Las Palmas) və Ernesto Valverdeni (Atletik) qabaqlayıb.