"Liverpul" cinah hücumçusu Məhəmməd Salahın gələcəyinin necə olacağı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Mənbə misirli ulduzun rəhbərliklə razılığa gəldiyini və onun 2+1 illik müqaviləyə imza ataraq "Liverpul"da qalacağını vurğulayıb.
Salah 2017-ci ildən İngiltərə nəhənginin formasını geyinir. Onun klubu ilə indiki anlaşmasının müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Nihat