"Real Madrid" klubunun rəhbərliyi doğma stadionu olan "Santyaqo Bernabeu"nun adını dəyişmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin məlumatına görə, arenanın adı sadələşdiriləcək - sadəcə, Santyaqosuz "Bernabeu" adlanacaq.
Stadionun adının dəyişdirilməsinin kommersiya məqsədli olduğu qeyd edilir.
Qeyd edək ki, stadionun yenidən qurulması işlərinə 2019-cu ildə başlanılıb və 2023-cü ilin sonuna kimi başa çatdırılmalı idi, lakin müddət dəyişdirilib. “Santyaqo Bernabeu”nun yenidən qurulması 1,76 milyard avroya başa gələcək. Yenidənqurmadan sonra stadionun istismar müddətinin 2053-cü ilə qədər davam edəcəyi bildirilir.
Mirağa