"Yuventus"un və Çexiya millisinin sabiq yarımmüdafiəçisi Pavel Nedved Səudiyyə Ərəbistanında işləməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikola Skira yayıb.
Xəbərə görə, Nedvedə "Əl-Şabab" klubunun baş meneceri vəzifəsi təklif olunub. Mənbə daha öncə "Yuventus"un vitse-prezidenti olmuş funksionerin "Əl-Şabab"da gələn ay fəaliyyətə başlaya biləcəyini vurğulayıb.
Xatırladaq ki, 2023-cü ilin yanvarında İtaliya Federal Apellyasiya Məhkəməsi futbolçuların əməkhaqqıları ilə bağlı Turin klubundakı maliyyə fırıldaqlarına görə Nedvedin futbol fəaliyyətinə 8 aylıq qadağa qoymuşdu.
Nihat