Vircil van Deyki 4 klub istəyir - ADLAR

Vircil van Deyki 4 klub istəyir - ADLAR

"Liverpul"un mərkəz müdafiəçisi, Mersisayd təmsilçisi ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Vircil van Deykin xidmətində maraqlı olan klubların adları bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb. 

Xəbərə görə, 33 yaşlı niderlandlını "İnter", "Yuventus", "Barselona" və "Əl-Nəsr" sıralarına cəlb etmək istəyir. Mənbə "Liverpul"un təcrübəli futbolçusu ilə vidalaşmağa hazırlaşmadığını və rəhbərliyin onunla müqavilə yenilənəcəyinə inandığını vurğulayıb.

Sözügedən futbolçu 2018-ci ildən "qırmızılar"ın formasını geyinir. "Transfermarkt" portalı onun transfer qiymətini 28 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər