İtaliya millisinin əfsanəvi sabiq müdafiəçisi Fabio Kannavaro rəsmən məşqçiliyə qayıdıb.
Fanat.Az xəbər verir ki, Zaqreb “Dinamo”su italiyalı mütəxəssisin kluba təyinat aldığını rəsmən açıqlayıb.
O, yanvarın 3-də yeni komandasına qoşulacaq.
Əfsanəvi italyan ilə Xorvatiya klubu arasında müqavilənin şərtləri barədə məlumat verilmir.
Yeri gəlmişkən, Kannavaro "Dinamo"nun tarixində ilk italyan məşqçidir. Bundan başqa, o, 1999-cu ildən bu yana komandanın ilk qeyri-balkan məşqçisi olub.
51 yaşlı Kannavaronun artıq böyük məşqçilik təcrübəsi var. O, İtaliyanın "Benevento" və "Udineze" klublarını idarə edib, üstəlik, 2019-cu ildə "Quançjou" ilə Çin çempionu olub.
Mütəxəssisin son iş yeri ötən mövsüm B Seriyasına düşməməkdə kömək edən “Udineze” olub. Lakin tərəflər gələcək əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılığa gələ bilməyiblər.
Mirağa