Rusiyanın "Krasnodar" klubunun braziliyalı müdafiəçisi Vitor Tormena karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Fotomac" yayıb.
Mənbənin məlumatına görə, "Trabzonspor" Tormenanın transferi üçün ruslara 3 milyon avro təklif edib. Hazırda danışıqlar davam etdiyi bildirilir.
Vitor Tormena bu mövsüm 28 yaşlı “Krasnodar”ın heyətində 22 oyun keçirib və 1 qol vurub.
"Transfermarkt" braziliyalının dəyərini 7 milyon avro qiymətləndirir.
Mirağa