Moldova millisinin baş məşqçisi Sergey Kleşenko ilə müqavilə yenilənib.
Fanat.Az xəbər verir ki, məlumatı Moldova Futbol Federasiyasının mətbuat xidməti yayıb.
Anlaşmanın detalları ictimaiyyətə açıqlanmayıb.
Qeyd edək ki, Kleşenkonun federasiya ilə əvvəlki müqaviləsinin müddəti ötən ay bitib.