"Valensiya"da yeni hücumçu

"Valensiya"da yeni hücumçu

“Valensiya” “Real Sosyedad”ın hücumçusu Umar Sadiqi heyətinə qatıb.

Fanat.Az xəbər verir ki, 27 yaşlı nigeriyalı futbolçu icarə əsasında mövsümün sonunadək “yarasalar”ın uğurları üçün çalışacaq.

Umar cari mövsüm “Real Sosyedad” forması ilə 11 matça çıxaraq 1 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, 18 oyuna 12 xal toplayan “Valensiya” 19-cu sırada mövqe tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər