"Liverpul"un cinah hücumçusu Məhəmməd Salah yeni rekorda imza atıb.
Fanat.Az "Optа"ya istinadən xəbər verir ki, misirli ulduz buna cari mövsüm İngiltərə Premyer Liqasında (İPL) çıxdığı 19 matçda 31 məhsuldar göstərici ilə (18 qol, 13 məhsuldar ötürmə) yadda qalaraq nail olub.
Salah bu sayda məhsuldar göstərici həddinə İPL tarixində hamıdan tez çatıb. O, sabiq "Liverpul"lu Luis Suaresin rekordunu qırıb. Uruqvaylı forvard 2013/2014 mövsümündə 19 çempionat qarşılaşmasında 30 məhsuldar göstərici ilə diqqət mərkəzinə düşmüşdü.
Xatırladaq ki, dünən öz meydanında "Mançester Yunayted"lə 2:2 hesablı heç-heçə edən "Liverpul"un 2-ci qolunu 70-ci dəqiqədə Salah penaltidən vurub. Hazırda 46 xalı olan "qırmızılar" İPL-in turnir cədvəlində ilk pillədə qərarlaşıblar.
Nihat