İPL tarixində Salah kimisi olmamışdı

İPL tarixində Salah kimisi olmamışdı

İngiltərə Premyer Liqasının (İPL) 19-cu turunda səfərdə "Vest Hem"i darmadağın edən (5:0) "Liverpul"un cinah hücumçusu Məhəmməd Salah unikal nəticəyə imza atıb.

Fanat.Az "Squawka"ya istinadən xəbər verir ki, misirli ulduz bunu "çəkicdöyənlər"ə qarşı matçda qol və məhsuldar ötürmə müəllifi olaraq bacarıb.

Belə ki, Salah cari mövsüm 8 çempionat oyununda həm qol vurub, həm də assistentliklə diqqət çəkib. İPL tarixində indiyədək heç bir futbolçu Monun etdiyini bacarmayıb.

Hazırda 45 xalı olan "Liverpul" İPL-in turnir cədvəlinə başçılıq edir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər