Berta "Atletiko Madrid"dən ayrıldı - RƏSMİ

Berta "Atletiko Madrid"dən ayrıldı - RƏSMİ

"Atletiko Madrid"in idman direktoru Andrea Berta postunu tərk edib.

Fanat.Az xəbər verir ki, informasiyanı paytaxt klubunun rəsmi saytı yayıb.

Tərəflərin qarşılıqlı razılıq əsasında yollarını ayırdıqları bildirilib.

İtaliyalı mütəxəssis 2013-cü ildə "Cenoa"nı "Atletiko"ya dəyişmişdi. O, öncə İspaniya nəhənginin beynəlxalq skautinq şöbəsində çalışmış, daha sonra texniki direktor vəzifəsinə təyin edilmişdi. Berta 2017-ci ildən idman direktoru funksiyasını yerinə yetiriridi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər