"Milan"ın yarımmüdafiəçisi Teyani Reynders İtaliya Superkubokunun final matçından - bu gün "İnter"ə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Milan News" belə çatdırıb:
"Biz onlara qarşı əvvəlki görüşdə olduğu kimi mübarizə aparmalı, "Milan"ın ən yaxşı komanda olduğunu göstərməliyik. Matçın başlamasını səbirsizliklə gözləyirəm. Bu, mənim "Milan" forması ilə ilk finalımdır və ilk mükafatımı qazanmaq istəyirəm. Hamımız mükafat qazanmağa köklənmişik. Nəyə qadir olduğumuzu isbatlamalıyıq. Bu gün sübut etməliyik ki, Milanın ən yaxşı komandası bizik".
Xatırladaq ki, oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat