"Qalatasaray" braziliyalı futbolçu Emerson Royalın transferi üçün "Milan"la danışıqlara başlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
"Aslanlar"ın 26 yaşlı cinah müdafiəçisini heyətə qatmağa yaxın olduqları bildirilib. Xəbərə görə, bu mövqeyə "Mançester Siti"dən Kayl Uokeri transfer etməyə hazırlaşan İtaliya təmsilçisi Royalla vidalaşmaqda maraqlıdır.
Qeyd edək ki, Emerson Royal 2024-cü ilin avqustundan Milan klubunun formasını geyinir.