Təcrübəli forvard 2,5 illik anlaşmaya qol çəkdi

Təcrübəli forvard 2,5 illik anlaşmaya qol çəkdi

İngiltərənin "Nottingem Forest" klubu 33 yaşlı hücumçusu Kris Vud ilə müqavilə yeniləyib.

Fanat.Az xəbər verir ki, məlumatı "meşəbəyilər"in mətbuat xidməti yayıb.

Vudun müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atdığı bildirilib.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 23 matça çıxan təcrübəli forvard 14 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər