"Bayern Münhen"in hücumçusu Matis Tel karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "L'Équipe" yayıb.
Xəbərə görə, Almaniya nəhəngi ilə "Tottenhem" Telin transferi ilə bağlı razılığa gəliblər. Mənbə Münhen klubunun 19 yaşlı forvardı London təmsilçisnə 60 milyon avroya satmaq istədiyini və hazırda tərəflərin gənc futbolçunun öz qərarını verməsini gözlədiklərini bildirib.
Cari mövsüm bütün turnirlərdə 14 matça çıxan Tel 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Bayern" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Matisin transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.