"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 24-cü turunda evdə "Kristal Pelas"dan aldıqları məğlubiyyətdən sonra oynatmadığı üçün "Aston Villa"ya icarəyə verilən Markus Raşfordla bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "BeanymanSports" onun sözlərini belə çatdırıb:
"Raşford "Aston Villa"da özünü yaxşı tərəfdən göstərsə, utanacammı? Yox. Oyunçunu icarəyə verirsənsə, onun inkişaf etməsini gözləyirsən. Burada utanmalı nə var ki? Sualı niyə verdiyinizi anlayıram. Amma mən diqqətimi hazırda heyətdə olan futbolçulara yönəltmişəm".
Nihat