"Amorimin yerinə olsaydım..."

"Amorimin yerinə olsaydım..."

"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorimin hazırda azad agent statusu daşıyan fransalı ulduz Pol Poqbanı komandaya dəvət etməli olduğunu bildirib.

Fanat.Az xəbər verir ki, o, şəxsi "Youtube" kanalında belə danışıb:

"Amorimin yerinə olsaydım, Poqbaya belə deyərdim: "Gəl bizimlə məşq et, nəyə qadir olduğunu görüm". Hə, mən bunu çoxdan etmiş olardım".

Xatırladaq ki, dopinq testi müsbət nəticələndiyi üçün aldığı 4 illik diskvalifikasiya cəzası İdman Arbitraj Məhkəməsi (CAS) tərəfindən 1,5 ilə endirilən Pol gələn aydan rəsmi matçlarda oynaya bilər...

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər