"Yuventus"in müdafiəçisi Ueston Makkenni karyerasını İspaniya nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes" nəşri yayıb.
Xəbərə görə, 26 yaşlı futbolçunun xidmətində "Barselona" maraqlıdır.
Qeyd edək ki, Makkenninin Turin təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Bu mövsüm "Yuventus"un forması ilə bütün turnirlərdə 28 matça çıxan arxa xətt oyunçusu 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat