"Fənərbağça" hücumçusu Edin Cekonun əli sınıb.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 38 yaşlı forvard Avropa Liqasının pley-off mərhələsində "Anderlext"ə 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada xəsarət alıb.
Buna rəğmən, Ceko xüsusi sarğı sayəsində qarşıdakı matçlarda iştirak edə biləcək.
Qeyd edək ki, bir müddət əvvəl məşq sırasında "Fənərbağça"nın digər futbolçusu Mert Hakan Yandaşın da əli sınmışdı.