Fransa millisinin sabiq hücumçusu Olivye Jirunun evi qarət olunub.
Fanat.Az "TMZ Sports"a istinadən xəbər verir ki, hazırda MLS təmsilçisi "Los-Anceles"də çıxış edən 38 yaşlı hücumçunun evindən müxtəlif əşyalar oğurlanıb.
Oğurlanan əşyalar arasında 10-dan çox saat da olub. Onların ümumi dəyəri təxminən 500 min dollar təşkil edir.
İndilik cinayətkarların kimliyi müəyyən olunmayıb. Yerli polis bu yöndə araşdırmaları davam etdirir.