Bu mövsüm qeyri-sabit oyunla diqqət çəkən "Mançester Siti"nin cari mövsümün sonunda transfer etməyi hədəflədiyi 3 futbolçunun adları bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı "El Nacional" yayıb.
Xəbərə görə, İngiltərə nəhəngi "Espanyol"un qapıçısı Xuan Qarsiya, "Real Madrid"in vingeri Rodriqo və "Vilyarreal"ın hücumameyilli yarımmüdafiəçisi Aleks Baenanın xidmətində maraqlıdır.
Qeyd edək ki, "Mançester Siti" hazırda İngiltərə Premyer Liqasında 44 xalla 4-cü pillədə mövqe tutub.