Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində dünən öz meydanında "Feyenoord"la 1:1 hesablı heç-heçə edərək turnirlə vidalaşan "Milan"ın hücumameyilli yarımmüdafiəçisi Joau Feliks matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin sözlərini "Sky Sport" belə çatdırıb:
"Hər şey nəzarətimizdə idi. İkinci qolu vurmağa çalışırdıq. Amma sonra hər şey dəyişdi. Üzgünük".
Tərəflərin Niderlanddakı qarşılaşması "Feyenoord"un 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
"Milan" Feliksi bu qış "Çelsi"dın icarəyə götürüb.
Nihat