"Barselona"nın 17 yaşlı vingeri Lamin Yamal Kataloniya klubunda görmək istədiyi futbolçunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Barca Times" belə çatdırıb:
"Yəqin ki, Neymarın adını çəkəcəyimi gözləyirsiniz, amma elə deyil. Mən Camal Musialanı seçirəm. Əlimdə olsaydı, onu "Barselona"ya gətirərdim. Təəssüf ki, hazırda klubu ilə müqaviləsi var".
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 32 matça çıxan Yamal 11 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat