Çempionlar Liqasının pley-off mərhələsində evdə 2:3 hesabı ilə uduzduğu "Real Madrid"ə səfərdə də məğlub olaraq (1:3) mübarizəni dayandıran "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola antirekorda imza atıb.
Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, bu, ispaniyalı mütəxəssisin cari mövsüm üzüldüyü 13-cü məğlubiyyət olub.
Sözügedən çalışdırıcı indiyədək heç bir komandanın "sükanı arxası"nda bir mövsümdə 13 yenilgi acısı dadmamışdı.
Xatırladaq ki, Qvardiola 2016-cı ildən "şəhərlilər"in baş məşqçisidir. O, daha öncə "Bayern Münhen" və "Barselona" kimi Avropa nəhənglərinə də rəhbərlik edib.
Nihat