"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında "Real Madrid"ə rəqib olmalarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Relevo" belə çatdırıb:
"Pley-off barədə yalnız bir suala cavab verə bilərəm, çünki şənbə günü La Liqada "Valensiya" ilə qarşılaşacağıq və bütün diqqətimizi bu matça yönəltmişik.
Mən keçmiş və gələcək haqda düşünmürəm. Bu, iki böyük oyun olacaq. Biz hər iki matça hazır olacağıq".
Qeyd edək ki, İspaniya nəhənglərinin ilk dueli martın 4-də, cavab qarşılaşması isə bundan 8 gün sonra baş tutacaq.
Nihat