"Siti" həmişə "Siti"dir" - Salah ehtiyatlı danışdı

"Siti" həmişə "Siti"dir" - Salah ehtiyatlı danışdı

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 26-cı turunda səfərdə "Mançester Siti"yə qarşı keçirəcəkləri oyun ərəfəsində açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, onun sözlərini "Sky Sports" belə çatdırıb:

"Siti" həmişə "Siti"dir. Onlar bütün dövrlərin ən yaxşı məşqçilərindən birinə və möhtəşəm futbolçulara malikdirlər. Bu komanda uzun müddətdir ki, yüksək səviyyədə çıxış edir və hər şeyi qazanıb. Hər zaman güclüdürlər və həmişə qalib gələ bilərlər. Mürəkkəb oyun olacağını düşünürəm. Sakitliyi qorumalı və bacardığımızı etməyə çalışmalıyıq".

Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" qarşılaşması fevralın 23-də reallaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər