Bir neçə Avropa klubu “Real”ın 22 yaşlı mərkəz müdafiəçisi Raul Asensio ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı “Relevo” yayıb.
Xəbərə görə, PSJ son transfer pəncərəsində ispan futbolçunu almağa cəhd edib. Mənbə “Real”ın Asensionu satmaq fikrində olmadığını diqqətə çatdırıb.
Futbolçunun özü də “Kral klubu”ndan ayrılmaq istəmir.
22 yaşlı müdafiəçinin müqaviləsində 50 milyon avroluq sərbəstqalma məbləği var.
Asensio cari mövsüm bütün turnirlərdə 34 matça çıxaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.