Kvaratsxeliya dramatik qələbədən sonra nə danışdı?

Kvaratsxeliya dramatik qələbədən sonra nə danışdı?

PSJ-nin gürcü cinah hücumçusu Xviça Kvaratsxeliya Liqa 1-in 23-cü turunda "Olimpik Lion"a qarşı keçirdikləri dramatik səfər matçını (3:2) şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini Paris klubunun rəsmi saytı belə çatdırıb:

"Çətin oyun idi. Son dəqiqələr çox gərgin alındı. Onlar bütün qüvvə ilə hücum edir, biz isə müdafiə olunurduq.  Amma əsas odur ki, 3 xal qazandıq. İrəli addımlayırıq. Çox güclü komandamız var. Hər oyunda yaxşı komanda olduğumuzu isbatlayırıq. Belə davam etməliyik. Fikrimcə, çox gözəl futbol sərgiləyirik".

Xatırladaq ki, PSJ Kvaratsxeliyanı bu qış "Napoli"dən alıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər