İngiltərə Futbol Assosiasiyası "Liverpul"un baş məşqçisi Arne Slotu iki oyunluq diskvalifikasiya edib.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis İngiltərə Premyer Liqasının 15-ci turundan təxirə salınmış oyunun - fevralın 12-də "Everton"a qarşı keçirdikləri derbi matçın final fitindən sonra kütləvi insidentdə iştirak etdiyi üçün cəzalandırılıb.
O, həm də 80 min avro məbləğində cərimələnib.
Slotun hakimlərin ünvanına qeyri-etik ifadələr işlətdiyini etiraf etdiyi, onun köməkçisi Sipke Halshoffa eyni cəza verildiyi də diqqətə çatdırılıb.
Bundan başqa, "Liverpul"un 78, "Everton" isə 60 min avro məbləğində cərimələndiyi vurğulanıb.
Nihat