Milan "İnter"inin argentinalı hücumçusu Lautaro Martines diskvalifikasiya oluna bilər.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, o, A Seriyasının XXV turunda "Yuventus"la keçirilən matçda qeyri-etik ifadələr işlətdiyi üçün 1 oyunluq cəza təhlükəsi ilə üz-üzə qalıb.
Qeyd edək ki, Martines bu mövsüm "İnter"in heyətində ümumilikdə 35 matça çıxaraq 16 qol vurub.