Fransa Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, son gündə 2 oyun baş tutub.
“Brest” öz meydanında “Dunkerk”ə məğlub olaraq azarkeşlərini üzüb. PSJ isə qonaq qismində “Brioşen”i 7 cavabsız qolla yenərək adını yarımfinala yazdırıb.
Daha öncə “Anje” və “Kann” da növbəti mərhələyə yüksəlmişdilər.
Yarımfinal cütləri püşklə müəyyənləşəcək.
Fransa Kuboku
1/4 final
26 fevral
Brest – Dunkerk 2:3
Qollar: Laqe, 45. Yussuf, 59-öz qapısına – Sasso, 65. Sanqante, 80; 84.
Brioşen – PSJ 0:7
Qollar: Neveş, 16. Q.Ramos, 36; 48; 58. Due, 55. Mayulu, 66. Dembele, 85.