Türkiyə Kubokunda qrup mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, son gündə 5 oyun baş tutub.
“Fənərbağça” səfərdə “Qaziantep”ə, “Göztəpə” “Kasımpaşa”ya, “İstanbulspor” isə “Ərzurumspor” qalib gəlib. Bu nəticələrdən sonra “Fənərbağça” qrup birincisi, “Göztəpə” isə ikinci yerlə pley-offda oynamaq hüququ qazanıb.
C qrupunun sonuncu iki oyununda isə qapılara qol vurulmayıb. Nəticədə “Konyaspor” vahid lider olub, “Qalatasaray” da ikinci yerlə növbəti mərhələyə vəsiqə qazanıb.
Türkiyə Kuboku
Qrup mərhələsinin 3-cü turu
27 fevral
B qrupu
Qaziantep – Fənərbağça 1:4
Qollar: Husiç, 75 – Taliska, 17; 27. En Nesiri, 23. Kostiç, 83.
Kasımpaşa – Göztəpə 0:5
Qollar: J.Santos, 13. Matsuki, 38; 46. Kanatsızkuş, 50. Sanqare, 74.
Ərzurumspor – İstanbulspor 0:3
Qollar: Gültəkin, 65. Özer, 69; 88.
Xal durumu: Fənərbağça – 9. Göztəpə – 9. İstanbulspor – 6. Qaziantep – 3. Ərzurumspor – 0. Kasımpaşa – 0.
C qrupu
Eyüpspor – Başakşəhər 0:0
Qalatasaray – Konyaspor 0:0
Xal durumu: Konyaspor – 7. Qalatasaray – 5. Başakşəhər – 5. Eyüpspor - 4. Çorum 3. Boluspor – 0.