İtaliya A Seriyasında 9-cu turdan təxirə salınmış bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, “Bolonya” “Milan”ı qəbul edib.
Son vaxtlar yenilgiləri sıralayan İtaliya nəhəngi bu dəfə də üzülən tərəf olub.
“Bolonya” hazırda A Seriyasının turnir cədvəlində 44 xalla 6-cı, “Milan” isə 41 xalla 8-ci pillədə mövqe tutub.
İtaliya A Seriyası
9-cu turun oyunu
27 fevral
Bolonya – Milan 2:1
Qollar: Kastro, 48. Ndoye, 82 – Leao, 43.