Braziliyanın "Korintians" klubunun 17 yaşlı müdafiəçisi Denner Evancelista karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, sözügedən oyunçu 15 milyon avro və müxtəlif bonuslar qarşılığında "Çelsi"yə satılacaq. Evancelistanın "zadəganlar"a 2026-cı ildə qoşulacağı da diqqətə çatdırılıb.
Qeyd edək ki, Denner hələ "Korintians"ın əsas komandasında debüt etməyib.
Nihat