"Çelsi"nin hücumçusu Pedru Netu komandanın ən sürətli oyunçusunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı futbolçunun sözlərini "Chelsea News" belə çatdırıb:
"Mənimlə Nikolas Cekson arasında seçim etmək lazımdır. Özümü seçərdim. Mərc gəlməli olsaydım, özümə pul qoyardım".
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 32 matça çıxan 25 yaşlı Netu 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "zadəganlar"la müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat