İspaniya La Liqasının 28-ci turunda öz meydanında "Barselona"ya 2:4 hesabı ilə uduzan "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone məğlubiyyəti şərh edib.
Fanat.Az İspaniya mətbuatına xəbər verir ki, argentinalı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında belə danışıb:
"Hər şey gözəl alınırdı, amma Ximeneslə bağlı gecikdim. Mən onu ikinci qoldan dərhal sonra oyuna buraxmalıydım. Futbol səhvləri bağışlamır. Özümə tənqidi yanaşmağa çalışıram. Ola bilsin ki, "Barsa" 6 qol da vura bilərdi, lakin həmin vaxt bizə məhz bu əvəzetmə lazım idi. Təəssüf ki, vaxtında edə bilmədim. Ximenes oyuna qoşulanda artıq hesab 2:2 idi".
Nihat